Əsas Səhifə > RubrikaTV Video > DİN-dən müğənni Aslan Hüseynovun qəzada ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

DİN-dən müğənni Aslan Hüseynovun qəzada ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


4-05-2021, 14:32
DİN-dən müğənni Aslan Hüseynovun qəzada ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb:

“Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb.

14:10

Müğənni Aslan Hüseynov vəfat edib.

Baku TV xəbər verir ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.

Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.



Rubrika.az
Geri qayıt