Əsas Səhifə > Aktual > “Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətov “Dərnəgül”də milyonluq obyekt tikdirir – Sənəd
“Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətov “Dərnəgül”də milyonluq obyekt tikdirir – Sənəd4-05-2021, 14:57 |
|
Hakim partiyanın sabiq İdarə Heyətinin üzvü, “Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətov Bakıda öz adına böyük biznes sahəsi inşa etdirir... Azərbaycanda mövcud qanunvericilik məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma məmurlarımızın böyük əksəriyyəti bu qadağanı görməzdən gəlməkdədir. Son illər isə vəzifədə olan məmurların əksəriyyəti şəxsi biznes sahələrini açıq şəkildə genişləndirməyə başlayıblar. Belə məmurlardan biridə Milli Məclisinin I çağırış üzvü, vaxtilə Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin müdiri və hazırda “Azərsutikinti” ASC-nin sədri vəzifəsini daşıyan Yusif Hümbətovla bağlıdır.(azfakt.com)Tikintiyə icazə verilməsi ilə bağlı innovativ və statistik məlumat reyterindəki məlumata əsasən bildirek verir ki, “Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətov Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 29 ünvanında ümumi sahəsi 1300 kvadrat metr olan 1 mərtəbəli anbar tikdirir. Paytaxtın ən bahalı rayonlarından birində inşa edilən anbarın hazırkı bazar qiymətinin bir neçə milyon manat olduğu deyilir. ![]() Qeyd edək ki, ölkə mətbuatında Yüsif Hümbətovun adı “Azərsutikinti” ASC-nin əmlaklarını ələ keçirilməsində hallanır. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının son qurultayında Yusiif Hümbətov hakim partiyanın İdarə Heyətinin üzvülüyündən çıxarılıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Rubrika.az Geri qayıt |