Əsas Səhifə > Səhiyyə > TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur
TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur5-05-2021, 10:20 |
|
"Koronavirus əleyhinə vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur". Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: "Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib". Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur. Rubrika.az Geri qayıt |