Əsas Səhifə > Cəmiyyət > Arif Quliyevin son vəziyyəti AÇIQLANDI
Arif Quliyevin son vəziyyəti AÇIQLANDI5-05-2021, 12:50 |
|
“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”. Bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib. Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır: “Ağciyər funksiyalarında irəlləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit – rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək”. “Hazırda vəziyyəti pisdir. Beyində bir patologiyanın olması proqnozun daha pis yöndə olmasına işarə verir”, - deyə həkim əlavə edib. Rubrika.az Geri qayıt |