Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda mikroavtobusla evakuator toqquşub: ölən var
Azərbaycanda mikroavtobusla evakuator toqquşub: ölən var7-05-2021, 11:43 |
![]() Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi "evakuator"un arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E. Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb. Hadisə nəticəsində evakuatorun apardığı Qazax rayon sakini, 1973-ci il təvəllüdlü Rövşən Cavad oğlu Əhmədova məxsus " Vita" markalı avtomobilə də ciddi ziyan dəyib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Rubrika.az Geri qayıt |