Əsas Səhifə > Cəmiyyət > Arif Quliyevin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB
Arif Quliyevin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB7-05-2021, 12:32 |
|
Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer açıqlanıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə Oxu.Az-a açıqlamasında bildirib ki, A.Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. 11:50 “Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”. Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir: “Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”. Rubrika.az Geri qayıt |