Əsas Səhifə > Cəmiyyət > Gülyanaq Məmmədova: "Canımızda qorxu hissi var...”
Gülyanaq Məmmədova: "Canımızda qorxu hissi var...”7-05-2021, 12:44 |
![]() Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları aktyor Arif Quliyevin vida mərasimində iştirak ediblər. Gülyanaq Məmmədova Musavat.com-a açıqlamasında Arif Quliyev haqqında bu sözləri deyib: "Bizə çox doğma, əziz idi. Sənətkar kimi xalqımız onu çox sevirdi. Gözəl insan idi. Uşaqlıqdan onun tamaşaları ilə böyümüşük. İnşallah bu bəla tezliklə xalqımızın üzərindən gedər. Artıq heç kim dünyasını dəyişməsin. Allah Ramazan ayında dualarımızı eşitsin. İnsan dözmür, artıq canımızda qorxu hissi var. Hamımızın yaxınları dünyasını dəyişir. Buna dözmək çox çətindir. Arif müəllim qonşu kimi çox doğma, əziz olub. Heç vaxt ailəsindən pislik görməmişik. İnsanı qonşudan yaxşı heç kim tanımaz. Allah o dünyasını versin". Xalq artisti Gülyaz Məmmədova isə "Allah rəhmət etsin. Böyük sənətkar idi",-deyə əlavə edib. Rubrika.az Geri qayıt |