Əsas Səhifə > Din > Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"
Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"11-05-2021, 12:36 |
|
"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır". Rubrika.Az-in xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. "Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb. Rubrika.Az Geri qayıt |