Əsas Səhifə > Cəmiyyət > Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub11-05-2021, 12:56 |
|
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursat bağlı iki faktmüəyyən edilib. Ötən gün respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. Rubrika.az Geri qayıt |