Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb - FOTO
Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb - FOTO11-05-2021, 16:52 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 14 571 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 346 012 test icra olunub. Rubrika.az Geri qayıt |