Əsas Səhifə > Aktual > Lənkəranski və Qulinin adamları Tümendə atışdi: - BAZARLAR KİMİN OLACAQ?
Lənkəranski və Qulinin adamları Tümendə atışdi: - BAZARLAR KİMİN OLACAQ?14-05-2021, 12:11 |
![]() Rusiyanın Tümen şəhərində iki azərbaycanlı qanuni oğruların tərəfdarları arasında atışma baş verib. Lent.az-ın “Tumenpro” nəşrinə istinadən məlumatına görə, şəhərin mərkəzindəki Klara Setkin küçəsində baş verən insident iştirakçıları rezin dəyənək və pnevmatik tapançalarla silahlanıblar. Həmin şəxslərin Noyabrsk şəhərindən gəldiyi bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, qarşıdurma Lotu Quli və Rövşən Lənkəranskinin tərəfdarları arasında olub. Səbəbsə Tümen və Noyabrsk şəhərlərində yerləşən meyvə-tərəvəz bazalarının uğurunda imiş. Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Polis konflikt iştirakçılarından bir neçəsini saxlaya bilib. Hazırda araşdırmalar gedir. Rubrika.az Geri qayıt |