Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan öldü - FOTO14-05-2021, 16:27 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1262 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 11 780 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494, bu günə qədər isə ümumilikdə 3 368 394 test icra olunub. Rubrika.Az Geri qayıt |