Əsas Səhifə > Dünya > Ermənistan KTMT-yə rəsmi müraciət etdi - Avinyan

Ermənistan KTMT-yə rəsmi müraciət etdi - Avinyan


14-05-2021, 17:03
Ermənistan KTMT-yə rəsmi müraciət etdi - Avinyan

Ermənistan Sünikdəki (Zəngəzur) vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlayıb.

Rubrika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini vəzifələrini icra edən Tiqran Avinyan deyib.

“Rəsmi olaraq KTMT-yə müraciət ünvanlanıb və baxılması üçün üç günlük müddəti var”, - Avinyan bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov RİA-ya açıqlamasında məsələ ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir rəsmi sənədin daxil olmadığını bildirmişdi.

Rubrika.Az
Geri qayıt