Əsas Səhifə > Cəmiyyət > Baş Prokurorluqdan bank müdirinin intiharı ilə bağlı açıqlama

Baş Prokurorluqdan bank müdirinin intiharı ilə bağlı açıqlama


18-05-2021, 09:11
Baş Prokurorluqdan bank müdirinin intiharı ilə bağlı açıqlama

Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə

Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Rubrika.Az
Geri qayıt