Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb17-05-2021, 17:34 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 10 062 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub. Rubrika.Az Geri qayıt |