Əsas Səhifə > Dünya > Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi18-05-2021, 17:46 |
![]() Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin görüşü yaxın həftələrdə baş tuta bilər. Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. O bildirib ki, iki liderin görüşüb bir sıra məsələləri üz-üzə müzakirə etmək imkanını vacib hesab edir. Qeyd edək ki, bir müddət əvvəl V.Putinlə C.Bayden arasında görüşün mümkün ev sahibi qismində Bakının adı çəkilirdi. Rubrika.az Geri qayıt |