Əsas Səhifə > Müsahibə > Sergey Lavrov: “Azərbaycan və Ermənistana təklif vermişik”
Sergey Lavrov: “Azərbaycan və Ermənistana təklif vermişik”19-05-2021, 10:45 |
|
“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın təklifini, rəsmi Yerevan və Bakı arasında münasibətləri müzakirə etdik”, - S.Lavrov vurğulayıb. O, KTMT-dəki həmkarlarını insidentin tənzimlənməsində Rusiyanın atdığı addımlar barədə məlumatlandırdığını qeyd edib. Xatırladaq ki, Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistan təşəbbüsü ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Düşənbədə iclası keçirilir.(report) Rubrika.az Geri qayıt |