Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan ölüb
Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan ölüb19-05-2021, 16:42 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 331 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 8617 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 test icra olunub. Rubrika.Az Geri qayıt |