Əsas Səhifə > Dünya > Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını TƏSDİQLƏDİ
Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını TƏSDİQLƏDİ20-05-2021, 15:18 |
![]() Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mühüm açıqlama verib. RUBRİKA.AZ Modern.az-a istinadla xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib. Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi- Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib. “Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”- deyə Paşinyan sual edib. Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi. ötən gün Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib. RUBRİKA.AZ Geri qayıt |