Əsas Səhifə > Cəmiyyət > Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq
Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq21-05-2021, 11:42 |
|
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq. Rubrika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib. O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir". Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. (Report) Rubrika.az Geri qayıt |