Əsas Səhifə > Aktual > Dövlət qurumu adına BİABIRÇILIQ... - hesabatında rayonlarımız hələ də "işğal altında"dır

Dövlət qurumu adına BİABIRÇILIQ... - hesabatında rayonlarımız hələ də "işğal altında"dır


21-05-2021, 16:09
Dövlət qurumu adına BİABIRÇILIQ... - hesabatında rayonlarımız hələ də "işğal altında"dır

Dövlət Statistika Komitəsi bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin yer aldığı növbəti hesabatını açıqlayıb.

Rubrika.az yeniavaz.com-a istinadla xəbər verir ki, açıqlanan hesabatda 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunan rayonlarımız hələ də “işğal altında olan” rayonlar kimi göstərilib.

Dövlət qurumu adına BİABIRÇILIQ... - hesabatında rayonlarımız hələ də "işğal altında"dır

Məlumat üçün bildirək ki, ötən ilin 27 sentyabr – 10 noyabr 2020-ci tarixlərində baş tutan 44 günlük Vətən Müharibəsindən sonra işğal altında olan Şuşa, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları işğaldan azad olunub. Lakin, 2021-ci ilin yanvar-aprel aylarını əhatə edən hesabatda adları qeyd olunan rayonlar hələ də “işğal altında olan” rayonlar kimi qeyd olunub.

Rubrika.Az
Geri qayıt