Əsas Səhifə > Cəmiyyət > Bakıda ağır qəza: Ölənlər və yaralılar var - YENİLƏNİB

Bakıda ağır qəza: Ölənlər və yaralılar var - YENİLƏNİB


24-05-2021, 17:29
Bakıda ağır qəza: Ölənlər və yaralılar var - YENİLƏNİB

Mərdəkan yolunda baş verən ağır qəzada üç nəfər həlak olub.

Bu barədə Oxu.Az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə baş verən avtoqəza ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə 5 Təcili Tibbi Yardım Briqadası göndərilib. Nəticədə bir qadın iki kişi olmaqla 3 nəfərin hadisə yerində həlak olduğu müəyyən edilib.

Bundan başqa 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Rubrika.Az
Geri qayıt