Əsas Səhifə > Siyasət > Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək

Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək


25-05-2021, 08:48
Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Rubrika.Az
Geri qayıt