Əsas Səhifə > Cəmiyyət > Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı


25-05-2021, 09:21
Bakıda evdən qadın meyiti tapıldı

Bakı şəhərində mənzildə qadın meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Nəsirova Mətanət Şəhriyar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Rubrika.az
Geri qayıt