Əsas Səhifə > Səhiyyə > Azərbaycanda bir gündə 10 nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda bir gündə 10 nəfər koronavirusdan öldü - FOTO25-05-2021, 17:17 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 6 340 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9825, bu günə qədər isə ümumilikdə 3 468 615 test icra olunub. Rubrika.az Geri qayıt |