Əsas Səhifə > Manşet > Ermənistanın məkrli planı-sərhəd təxribatlarının pərdə arxası
Ermənistanın məkrli planı-sərhəd təxribatlarının pərdə arxası28-05-2021, 18:52 |
|
Münaqişəni uzatmaq, Zəngəzur dəhlizinin açılmasını əngəlləmək,ən azından ləngitmək istəyən beynəlxalq güclərin barmaqları Paşinyanın arxasında görünür 44 günlük şanlı Vətən müharibəsindən sonra acınacaqlı məğlubiyyətlə üzləşən, canlı qüvvəsinin və hərbi texnikasının böyük qismini itirən Ermənistanın son günlərdə sərgilədiyi mövqe ortaya maraqlı suallar çıxarır. Hamıya məlumdur ki, Cənubi Qafqazın irinli yarası olan bu forpostun yenidən fəallaşmasında, revanşist bəyanatlar səsləndirməsində maraqlı olan qüvvələr var. Necə deyərlər it araba kölgəsində yatıb, elə bilir öz kölgəsidir. 10 noyabr bəyanatının mühüm bəndlərindən biri də Ermənizstan-Azərbaycan arasında komunikasiyaların açılması, Naxçıvan dəhlizinin təmin olunmasıdır. İlk baxışdan uzun illər bütün regional layihələrdən kənarda qalaraq səfil,dilənçi gününə düşən ermənilər üçün bundan cazibədar təklif ola bilməz. Amma, təbii ki, bu sağlam düşüncə sahibləri üçün ola bilərdi ki, Tanrı erməniləri bundan məhrum edib. Odur ki, yenidən onlara barmaq edən xarici havadarlarının təhriki ilə sərsəm bəyanatlar verir, təxribatçı hərəkətlər edirlər. Maraqlıdır ki, ermənilər sərhədyanı bölgələrdə axır vaxtlar yaman tez-tez sərxoş olur, mövqelərimizə atəş açırlar. Görünür bu bədbəxtlər Baş nazirlərinin Cıdır düzündəki sərxoşluğunun “paxmelini” yaman tez unudublar. Özü də erməni dığaları sərxoş olub mövqelərimizə atəş açan kimi sülhməramlılar dövriyəyə girib aranı sakitləşdirməyə çalışırlar. Əcəba dığalara arağı özləri vermiş olmaya? Həmçinin axır vaxtlar Rusiyada istər hakimiyyətə yaxın olan, istərsə də digər siyasi dairələrdə təhlükəli bəyanatlar səsləndirilir. Hətta Azərbaycanı “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımağa səsləyən sərsəm siyasətçilər də tapılır. Lepexin adlı boşboğaz birisi daha da uzağa gedərək rus əsgərinin Qarabağ uğrunda ölməyə hazır olduğunu da bildirib. Bəllidir ki, hər yerindən duran siyasətçinin mövqeyini dövlətin rəsmi yanaşması kimi qəbul etmək olmaz. Hər halda sərhəddə baş verən son hadisələrə Rusiya kifayət qədər loyal münasibət göstərir və verilən rəsmi bəyanatlarda erməniləri üstüörtülü şəkildə mövcud reallığı qəbul etməyə çağırırlar. Bəs kapitulyasiya sənədini imzalayan və ölümcül vəziyyətə düşən Ermənistanı bütün bu təxribatlara sövq edən nədir? Bəllidir ki, düşmən ölkə seçkilər ərəfəsindədir və bu tip hərəkətlər istər hakimiyyət,istərsə də müxalifət qüvvələrə divident qazandırır. Məsələnin daxili auditoriyaya hesablanan qismini nəzərə almasaq təxribatlar həm də daha uzaqgörən siyasi məqsədlərə hesablanır. 44 günlük müharibədə Paşinyanın Rusiyanı, digər beynəlxalq gücləri dövriyəyə salmaq cəhdləri nəticəsiz qaldı. 10 noyabr kapitulyasiya aktından sonra Minsk qrupu faktiki olaraq fəaliyyətsiz bir quruma çevrilib, siyasi meyitdir (zatən ötən müddət ərzində də fərqli olmayıblar). Beləlilə ermənilər müxtəlif sərhədd təxribatları törətməklə Rusiyanı, digər Minsk qrupu həmsədrlərini yenidən aktiv fazaya qaytarmaq, sərhədlərin delmitasiyasını ləngidərək öz məkrli planlarını reallaşdırmaq istəyirlər. Beləliklə münaqişəni uzatmaq, Zəngəzur dəhlizinin açılmasını əngəlləmək,ən azından ləngitmək istəyən beynəlxalq güclərin barmaqları Paşinyanın arxasında görünür. Minsk qrupunun həmsədri kimi bitərəf mövqe tutmalı olan Fransa, ABŞ kimi dövlətlərin qızışdırıcı,təktərəfli bəyanatları da onların yenidən regionda fəallaşmaq cəhdlərinin təzahürüdür. Onlar bölgədə Rusiya-Türkiyə faktorunu qəbul etmək istəmir. Suyu bulandırmaq üçünsə Ermənistandan yaxşı katalizator heç yerdə tapılmaz. Cənubi Qafqaz həmişəki kimi yenə də maraqların kəsişdiyi bir bölgədir. Qələbəmizi həzm edə bilməyənlər siyasi qəbzlikdən sancılayaraq yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar. Amma, Ali Baş Komandan dəfələrlə vurğulayıb ki, “dəmir yumruq” öz yerindədir və istənilən an düşmən onu bir daha görə bilər. Ermənistanın növbəti məkrli planı Azərbaycanın dövlət sərhədlərinin bərpasına mane olmaq və bölgəyə beynəlxalq müşahidəçilər adıyla havadarlarını dəvət edərək buna yol verməməkdir. Azərbaycan dövləti isə qəti addımlarla sübut edir ki, bu dəfə siyasi təlxəklərin oyunbazlığına heç vəchlə rəvac verilməyəcək. 10 noyabr bəyanatında göstərilən bütün şərtlər reallaşacaq,bölgədə yeni situasiya formalaşacaq. NİCAT MAHMUDOV Rubrika.Az Geri qayıt |