Əsas Səhifə > İdman > ÇL-də ingilis finalı: “Şəhərlilər” ilk dəfə kubokun bir addımlığında

ÇL-də ingilis finalı: “Şəhərlilər” ilk dəfə kubokun bir addımlığında


29-05-2021, 10:43
ÇL-də ingilis finalı: “Şəhərlilər” ilk dəfə kubokun bir addımlığında

Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.

Rubrika.Az xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti” və “Çelsi” klubları üz-üzə gələcək.

Oyun Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Zadəganlar” ÇL-də ikinci, “Şəhərlilər” isə ilk dəfə kubokun sahibi ola bilər.

Cütlük sonuncu dəfə İngiltərə Premyer Liqasında qarşılaşıb. Həmin görüşdə “Mançester Siti” ilk hissədə 1:0 hesablı üstünlük əldə etsə də, ikinci hissədə “Çelsi” geri dönüş edərək, 2:1 hesabı ilə qələbə qazanıb.

“Şəhərlilər”in heyətində Türkiyə əsilli İlkay Gündoğanın oynamayacağı dəqiqdir. “Zadəganlar”ın heyətində isə ciddi itki yoxdur.

Xatırladaq ki, Çempionlar Liqasının son qalibi “Bavariya”dır.

29 may

23:00. “Mançester Siti” (İngiltərə) - “Çelsi” (İngiltərə)

Baş hakim: Antonio Mateu Laos

Portuqaliya, “Draqau” stadionu(Oxu.Az)

Rubrika.Az
Geri qayıt