Əsas Səhifə > Müsahibə > Arif Rəhimov: “Formula-1” Azərbaycan Qran-prisində hər zaman gözlənilməzi gözləməlisiniz"
Arif Rəhimov: “Formula-1” Azərbaycan Qran-prisində hər zaman gözlənilməzi gözləməlisiniz"4-06-2021, 10:53 |
|
“Formula-1” ictimaiyyətini həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq”. Bunu Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov deyib. Yarışla bağlı düşüncələrini bölüşən Rəhimov bildirib ki, sürprizlər qaçılmazdır: “Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. “Formula-1” bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət “Formula-1” Azərbaycan Qran-prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!” Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi bu gün start götürəcək və 3 gün davam edəcək. Rubrika.az Geri qayıt |