Əsas Səhifə > Cəmiyyət > Hava kəskin dəyişəcək XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək XƏBƏRDARLIQ


8-06-2021, 08:45
Hava kəskin dəyişəcək XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı ölkə əhalisinə xəbərdarlıq edib.

Qurumun məlumatına əsasən, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Rubrika.az
Geri qayıt