Əsas Səhifə > Cəmiyyət > 25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...


9-06-2021, 11:46
25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Düz 25 il öncə, 1996- cı il iyunun 9-da Xancanovlar ailəsinin-Məhəmmədəli bəylə Məlahət xanımın uçmağa qanadları yox idi. Tanrının bu ikiliyə bəxş etdiyi müqəddəs sevgidən Təbriz dünyaya göz açmışdı...

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Gözəl Göyçayımızın Müskürlü kəndində dünyaya gələn Təbriz atası Məhəmmədəlinin, anası Məlahətin zəhmətkeş və əməksevərliyindən pöhrələnmiş, ağlı kəsəndən valideynlərinə başucalığı gətirmişdi.
Nənəsi Məftuləni çox istəyən Təbriz ona o qədər bağlanır, isnişir ki, doqquz yaşından etibarən demək olar onunla qalır. Bu hal onun ata-anasını zərrə qədər narahat etmir, əksinə, nənəni sanki göylərə qaldıran Təbrizə olan sevgini birə beş artırır...

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən Təbriz, hələ xidmət dövründə rəhbərliyin rəğbət və hörmətini qazanmış, adından yaxşı mənada söz etdirməyi bacarmışdı. Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Xancanov doğma Göyçaya qayıtdıqdan sonra kompyter biliklərinə sahiblənir, kənd təsərrüfatında zəruri olan bacarıqlara yiyələnir, zəhmətin və işin insana gətirdiyi başucalığını çox erkən dərk edir. İşlədiyi bütün sahələrdə böyük hörmət qazanan Təbriz halal zəhmətlə pul qazanır və ailəsinə böyük dayaq olur.

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Bəlkə elə buna görədir ki, 27 sentyabr 2020-ci ildən az öncə Ordumuzun səfərbərlik üçün başladığı təlimlərdə könüllü iştirak edir və 2-ci Qarabağ savaşının ilk günündən silaha sarılır. Fizulinin, Cəbrayılın, Ağdərənin, Suqovuşanın alçaq ermənilərdən azad edilməsində yaxından iştirak edən Təbriz düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində böyük şücaət göstərir. Sonuncu dəfə 15 oktyabrda ailəsi ilə əlaqə saxlayır. Səhəri gün başından və ayağından yaralanan Təbriz Şəhidlik zirvəsinə ucalır.

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

19 noyabrda Təbrizin nəşi müqəddəs torpağımıza əmanət olunanda bütün Göyçay ayaq üstə idi. Vətən onun uğrunda qan tökən, canını fəda edən öz Şəhid balasını isti qoynuna alırdı. Məhəmmədəli kişinin məğrur, Məlahət ananın qürurlu baxışları ilə müşayiət olunan mərasimdə iştirak edənlər bir nəfər kimi sanki öz doğmasından, ciyərparasından ayrılırdı...

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Olduqca çalışqan, enerjili, gülərüz, zarafatcıl, heç kimin xətrinə dəyməyən Təbrizin bu gün cənnətdəki ilk ad günü-yubiley yaşıdır. Yaşasaydı, onu sevən doğmalarla, istəyən dostlarla birgə bir masa arxasında deyib gülərək qeyd edərdi. Amma qismət olmadı. Çünki uca Yaradan Təbrizi elə mərtəbəyə yüksəltdi ki, orda yalnız Şəhadət şərbətimi içib Şəhidliyə ucalanlar bir masa ətrafında toplana bilir...
Ali Baş Komandanın sərəncamıyla Vətən Uğrunda medalı ilə təltif olunan Təbriz Xancanovun vətənə, torpağa, millətə sadiqliyi, göstərdiyi cəsarət və şücaəti ilə bağlı söhbətlər bu gün də dillər əzbəridir.

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Xancanovlar ailəsinin tək istəyi oxuduğu orta məktəbə Təbrizin adının verilməsidir. İnanırıq ki, bütün şəhidlərimizlə bərabər Təbrizin də adı əbədiləçdiriləcək, onun şücaəti, qəhrəmanlığı özündən sonrakı yurddaşlarımıza büçunə olacaqdır.
Ruhun şad olsun, ilk yubiley yaşın mübarək, ŞƏHİDİM!!!

25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz...

Ələddin Rüstəmli

Geri qayıt