Əsas Səhifə > Manşet > İcra başçısının “Dəniz” restoranında gizli toylar keçirilir? -Lənkəran Rayon İcra Hakimiyyətinin Rubrika.Az-a AÇIQLAMASI

İcra başçısının “Dəniz” restoranında gizli toylar keçirilir? -Lənkəran Rayon İcra Hakimiyyətinin Rubrika.Az-a AÇIQLAMASI


9-06-2021, 13:13
İcra başçısının “Dəniz” restoranında gizli toylar keçirilir? -Lənkəran Rayon İcra Hakimiyyətinin Rubrika.Az-a AÇIQLAMASI

Son dövrlər bəzi xəbər portallarında, o cümlədən sosial şəbəkələrdə yayılmış iddialara görə, Lənkəranda yerləşən “Dəniz” restoranı icra başçısı Taleh Qaraşova məxsusdur və ona yaxın şəxslər tərəfindən idarə olunur.

Rubrika.Az media üzərindən xəbər verir ki, həmin məlumatlara əsasən karantin rejimi dövründə toy şənliklərinin keçirilməsinə icazə olmasa da, həmin “Dəniz” restoranında gizli toylar təşkil edilir.
Buna səbəb kimi məhz icra başçısının nüfuzu göstərilir və onun biznes subyektinə müdaxilə olunmur. Ötən müddət ərzində sözügedən restoranda toylar keçirilib və bəzi məclislərin video kadrları yayılıb.
Lakin bu iddialar səngimir, ayrı-ayrı saytlarda, habelə sosial şəbəkə səhifələrində məlumatlar dolaşmaqdadır, müzakirələr getməkdədir.
Başqa xəbərlərdə isə deyilir ki, adıçəkilən restoran icra başçısının müavini Rəsilə Əliyevanın nəzarətindədir. İddialara görə, xanım başçı müavini obyekti anasının adına rəsmiləşdirib.
Ümumiyyətlə, R.Əliyevanın sərvətlərinin siyahısı yayılmışdı. Təhsil eksperti Elşən Qafarov yazmışdı ki, icra başçısının müavininə məxsus Bakının “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində), Lənkəranda “Qala” adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil, Lənkərənda, dəniz kənarında villa, Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi, Bakıda “Ağ şəhər”də (3 otaqlı mənzil, Lənkəranda, “Raypo” adlanan yaşayış massivində 4 otaqlı mənzil, Lənkəranda “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

Rubrika.Az obyektivlik və qərəzsizlik naminə yayılan xəbərləri dərc etməzdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu göndərib, icra başçısı ilə bağlı iddialara jurnalistika prinsiplərinə uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənib.
Saytımızın sorğusuna İH-dən bildirilib ki, icra başçısı Taleh Qaraşov sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, heç bir xüsusi mülkiyyətə malik deyildir.
İH-dən bildirilib ki, T.Qaraşovun ümumiyyətlə özünün və yaxın qohumlarının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində “Dəniz” adlı otel-restoranı qeydə alınmayıb, qeyd olunan iddialar əsassızdır və hüquqi əhəmiyyəti yoxdur.
Açıqlamada əlavə olaraq bildirilir ki, karantin rejiminin tələblərinə uyğun olaraq Lənkəran şəhərində heç bir ictimai iaşə obyektlərində toy mərasimi və kütləvi tədbirlər keçirilmir:
“Lənkəran Şəhər İcra Hakimiyyəti COVID-19 virusunun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə inzibati və profilaktiki tədbirlər həyata keçirir və bu məsələni ciddi nəzarətdə saxlayır”.

SEYİD MİRZƏ
Rubrika.Az

Geri qayıt