Əsas Səhifə > Səhiyyə > Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı9-06-2021, 17:11 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib. 2 343 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3 589 231 test icra olunub. İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 466 doza vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 072 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 624 876-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 428 nəfərdir. Rubrika.Az Geri qayıt |