Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub
Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub13-06-2021, 22:56 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb. İndiyədək ölkədə ümumilikdə 335 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 580 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 638 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 389, ötən müddət ərzində isə ümumilikdə 3 622 499 test aparılıb. Rubrika.az Geri qayıt |