Əsas Səhifə > İdman > Şenol Güneş: "Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik"
Şenol Güneş: "Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik"14-06-2021, 16:09 |
![]() Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda İsveçrənin Uelslə 1:1 hesablı heç-heçə etməsi Türkiyə yığmasının əhval-ruhiyyəsini yüksəldib. Rubrika.Az xəbər verir ki, bu vəziyyətin komandada arxayınlığa səbəb ola biləcəyini düşünən baş məşqçi Şenol Güneş futbolçulara xəbərdarlıq edib. 69 yaşlı mütəxəssis bildirib ki, rəqibləri qarşılaşmanı "ay-ulduzlular"ın istədikləri kimi başa vurublar. Lakin o, qrupdakı vəziyyətlərində dəyişikliyin baş vermədiyini söyləyib: "Bəlkə də bizə 4 xal kifayət edəcək. Amma digər iki oyunu qazanaraq qrupdan çıxmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram". Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. Rubrika.Az Geri qayıt |