Əsas Səhifə > Manşet > Ata vəsiyyətini yerinə yetirən OĞUL İMZASI — Əgər Azərbaycanın Qurtuluş gününə Heydər Əliyev imza atmışdısa, onun Qələbə gününə İlham Əliyev imzasını qoydu!

Ata vəsiyyətini yerinə yetirən OĞUL İMZASI — Əgər Azərbaycanın Qurtuluş gününə Heydər Əliyev imza atmışdısa, onun Qələbə gününə İlham Əliyev imzasını qoydu!


15-06-2021, 11:32
Ata vəsiyyətini yerinə yetirən OĞUL İMZASI — Əgər Azərbaycanın Qurtuluş gününə Heydər Əliyev imza atmışdısa, onun Qələbə gününə İlham Əliyev imzasını qoydu!

Milli Qurtuluşdan Böyük Qələbəyə gedən yol

15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Bu təkcə təcrübəli, zamanın sərt sınaqlarından üzüağ çıxan bacarıqlı bir siyasət adamının hakimiyyətə qayıdışı deyildi. Bu həm də meydan eyforiyasının şöhrətindən başı gicəllənən, çayxana leksikonunu siyasət aləminə gətirən bir qrup təcrübəsiz “lider”in xarabazara çevirdiyi, az qala rayon-rayon bölünmə təhlükəsi ilə üz-üzə qoyduğu, həm sürətlə, həm də Surətlə məhv etdiyi bir dövlətin, xalqın Qurtuluşu idi !

Heydər Əliyev tarixin nadir hallarda yetirdiyi fenomen siyasət adamlarından biridir. Təsadüfi deyil ki, onun hətta ən qatı düşmənləri belə bunu etiraf edirdilər və onun siyasi gücü və bacarığı ilə hesablaşmalı olurdular. O nəhəng bir imperiyanın siyasi intriqalarından məharətlə xilas ola bilmiş, təkcə siyasi karyerasını yox, həm də fiziki mövcudiyyatını məhv etmək istəyənləri oyundan kənarlaşdırmışdı. Heydər Əliyev siyasi karyerası dövründə iki dəfə yeni Azərbaycan yaratmaq missiyası yerinə yetirdi. Birincisi Sovet İttifaqının geridə qalmış, taxıl anbarı,qoyunçuluq mərkəzi rolunu oynayan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, elmi-mədəni mərkəzlərindən birinə çevirmək missiyası idi.

İkincisi başsız qalmış, ermənilərin torpağına və ləyaqətinə təcavüz etdiyi, başdan-başa qaçqın,köçkün şəhərciyinə çevrilən, siyasi oyunbazların ayaqları altında can verən Azərbaycana yeni nəfəs vermək missiyası idi. Tarix ona bir ölkəni ikinci dəfə xilas etmək missiyası ilə görəvləndirdi, bu şansı ona tanıdı. Axı şimaldan,cənubdan,şərqdən,qərbdən qanlı caynaqların didib parçaladığı bu ölkə həm də onun əsəri idi. O öz ANAsını xilas etməyə gələn OĞUL kimi bu şərəfli yükə çiyinlərini verdi.

Heydər Əliyev Azərbaycanda ikinci dəfə elə bir zamanda hakimiyyətə gəldi ki, heç bir siyasətçi bunu nəinki arzulamazdı, heç buna risk də etməzdi. Bu bəlkə də təcrübəsiz siyasətçilər üçün siyasi intihara bərabər idi. Necə ki, bunu bir çox meydan qəhrəmanları edərək öz siyasi ölümlərinə imza atdılar. Amma, H.Əliyev üçün bu həm də bir şərəf məsələsi idi. Qurub yaratdığı, gəncliyini veridiyi bir ölkəni bu vəziyyətdə qoymaq olmazdı.

Artıq taleyimizdə Xocalı boyda bir ləkə, Şuşa boyda bir yara var idi.

H.Əliyev 15 iyun 1993-cü ildə bütün bunları gözə alaraq siyasi hakimiyyətə gəldi və sıradan bir isti iyun gününü Qurtuluş gününə çevirməyi bacardı!

Bu gün Azərbaycan ilk dəfə Qurtuluş gününü Qalib ölkə olaraq qarşılayır. Bu gün Azərbaycan Prezidenti öz Türkiyəli həmkarını Şuşada qəbul edəcək! Bu gün Füzulidə hava limanı inşa edilir, Şuşaya zəfər yolu çəkilir, Ağdam yenidən qurulur, Zəngilanda ağıllı kəndlər salınır, Kəlbəcərdə,Laçında,Qubadlıda,Cəbrayılda bayrağımız dalğalanır.

Əgər Azərbaycanın Qurtuluş gününə Heydər Əliyev imza atmışdısa onun Qələbə gününə İlham Əliyev imzasını qoydu! Bu ata vəsiyyətini yerinə yetirən xoşbəxt bir oğul imzasdır.

Qurtuluş gününüz, Qələbə gününüz mübarək olsun !

NİCAT MAHMUDOV
Rubrika.Az

Geri qayıt