Əsas Səhifə > İdman > AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB
AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB16-06-2021, 22:39 |
|
Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununu bitib. Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb. BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. 21:04 Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb. 20:50 Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb. 20:44 Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub. 42-ci dəqiqədə Uels yığmasının futbolçusu Remsi hesabı açıb - 1:0. 20:05 Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb. 18:47 AVRO-2020-nin A qrupunun II turunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar... Türkiyə: Uğurcan Çakır (GK), Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (C) , Kaan Ayhan Uels: Ward (GK) . Davies, Rodon , Allen , Ramsey, Bale (C), Moore, Roberts, Morrell, James, Mepham Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Rubrika.az Geri qayıt |