Əsas Səhifə > İdman > AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq - AFİŞA
AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq - AFİŞA17-06-2021, 10:02 |
|
Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. Bu gün daha üç qarşılaşma baş tutacaq. Əvvəlcə C qrupu çərçivəsində Ukrayna və Şimali Makedoniya yığmaları üz-üzə gələcəklər. Günün ikinci matçı B qrupunda Danimarka və Belçika yığmaları arasında baş tutacaq. C qrupunun digər oyununda isə Niderland və Avstriya milli komandaları qarşılaşacaq. AÇ-2020 17 iyun C qrupu 17:00. Ukrayna - Şimali Makedoniya Buxarest. “National Arena”. B qrupu 20:00. Danimarka - Belçika Kopenhagen. Parken stadionu. C qrupu 23:00. Niderland - Avstriya Amsterdam. “Yohan Kroyf Arena”. Rubrika.az Geri qayıt |