Əsas Səhifə > Aktual, Cəmiyyət > AYDIN CAN SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMINI TƏBRİK ETDİ
AYDIN CAN SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMINI TƏBRİK ETDİ17-06-2021, 22:42 |
|
Bir az başım qarışıq olduğundan buyanlarda görünmürəm - yəni həm də paylaşım etmirəm, amma bu gün... Müəllim, həkim və polis haqqında heç vaxt sərt ifadələr işlətməmişəm, hərçənd bu ölkədə və bu dünyada top atmadığım qalmayıb ))) Müəllim (öyrədən mələklər), həkim (xilaskar mələklər), hakim (allahın yerdə təcəlliləri) və polis (qoruyucu mələklər) haqqında hökm - cəza ya da mükafat İlahinin ixtiyarındadır! Bu gün səhiyyə işçilərinin günüdür, bayramıdır! Bir ömrümün erkənində, bir də keçidində həkim olub həyatımda: sağaldıblar! ayağa qaldırıblar! Birincisinin adı Emiliya xanım Canməmmədovadır (Lənkəranda - 1975-də), ikincisinin adı Zaur Yusifi (neyrocərrahiyyədə - 2005-də) İndi dostluğumda bir neçə həkim və səhiyyə işçisi var! Maraqlıdır ki, ən əziz olanı Natiq Aliyev... dostluğumdan itmişdi: allah da şahiddir ki bloklamamışdım, dostluqdan çıxarmamışdım! Və... bilirdim ki yazılarımı oxuyan, anlayan, rəy bildirmək qədərincə cəsarətli iki-üç nəfərdən biridir! Fəqət... Dostum və qardaşım Süleyman Dəmirəli, bağışlayın, Timanı - Teymur Hüseynovu təbrik edirdim ad günü münasibəti ilə telefonda... gördüm ki, yandakı stolda yemək yeyənlərdən birinin üzü güldü, gözü işıqlandı və... kimliyini xatırlamadım! Timanı təbrik edəndən sonra yaxınlaşdım: baaahoo! Mənim həkim dostum - anam əməliyyatdan çıxandan sonra məndən də tez özünü yetirən astaralı qardaşım Natiq Əliyev! Deyirəm ki, ay Natiq müəllim, bu gün səhiyyə - tibb işçiləri günüdür, bəs mən Pərviz doktoru təbrik etmişəm, səni görməsəydim necə minnətdarlığımı çatdırardım? Deyir qismət bu günə və belə imiş! Doktoru öz bayramı günü tapmağım elə ən gözəl hədiyyədir ona - nə qədər olmasa da Aydın Can da Aydın Candı da (təvazökarlıq üçün ağlamağa dəsmal - v studiyu :) ) Allahın xilaskar mələklərini və həm fb, həm də həyatdakı dostlarımı - Ləman Nuru, Tünzalə Əskərovanı, Naibə Nəsibovanı, Za RİFANI, Rəşad Mahmudovu, Musa Mirzəyevi, Pərviz doktoru, İlham Cəfərovu və Natiq Əliyevi tebrikler arzusuyla alqışlayıram, var olun deyirəm! Jurnalisti (şairi, siyasətçisi, artisti) olan və olmayan xalq keçinər, amma adını sadaladıqlarım həkimləri (hocaları, hakimləri) olmayan xalq keçinməz! Var olun, dostlar və dost olmayanlar - adını bilmədiklərim! Ayağımızı səhv kəssəniz də, ürəyimizə dağ çəksəniz də, qarnımızda pinset, tənzif saxlasanız da, yenə də... əlacımız, ümidimiz sizsiniz - hocalar kimi, hakimlər kimi! Sizsiz bir günümüz olmasın, üstümüzdən - başımızın, dərdimizin, - əskik olmayasınız, Allahın gözəl niyyətlə təsis etdiyi ixtisaslı mələklər! Sizin haqqınızı kəsənin sağlamlığınıl kəssin Yaradan! Çoxlu pulumuz olsun, ağrıyanda, əməliyyata girəndə arxayın girək, haqqınızı artıqlamasıyla ödəyə bilək! Tibbi sığorta haqqında qanun qəbul olunsun, "darmayed sovet təfəkkürü"ndən qurtulaq və əməyə-zəhmətə, savada, əziyyətə dəyər vermək qədərincə güclü, böyük olaq! Amin! p.s. Azərbaycan səhiyyəsinin - həkimlərinin etməli olduğu cəmi bir iş var, qalan işləri əla bacarırlar: elə bir iynə icad etsinlər ki, məmurları vəzifəyə təyin edəndə o iynəni vurasan, pasiyent qadınların doğuş zamanı çəkdiyi ağrını çəksin və iş başında olanda bürokratiklik etməsin, xalqı incitməsin, ağrıtmasın! və bir də... mənim öskürəyimi siqareti tərgitdirmədən kəsən həkimə gözəl bir yazı hədiyyə edəcəm! AYDIN CAN Geri qayıt |