Əsas Səhifə > Gündəm > Ermənistanda parlament seçkiləri: Xəbərlər (Yenilənir)
Ermənistanda parlament seçkiləri: Xəbərlər (Yenilənir)20-06-2021, 17:54 |
![]() “BBC” Ermənistanda keçirilən seçkilərlə bağlı geniş reportaj hazırlayıb. Seçici Anahit Kazaryan deyir: "Keçmiş lideri istəmirəm, indiki rəhbərdən də bezmişəm. Mən elə bir namizədə səs vermək istəyirəm ki, o, bizim sülh içində yaşamağımızı təmin etsin. Elə bir ölkə yaratsın ki, orada bizim uşaqların gələcəyi olsun”. “BBC” qeyd edir ki, 44 günlük müharibədə Ermənistan 4 min nəfər hərbçi itirib. Erkən seçkilər Azərbaycan qarşısında acı məğlubiyyətə uğramış belə bir ölkədə keçirilir. Ona görə də seçicilər arasında kəskin fikir ayrılığı var. *** Türkiyənin “trtworld.com” saytı yazır ki, Ermənistanda keçirilən erkən parlament seçkisində bu ölkənin 3 sabiq prezidenti 46 yaşlı Nikol Paşinyana qarşı mübarizə aparır. Türkiyə saytı da bildirir ki, Ermənistanda qələbəyə iddialı əsasən iki namizəd var: Robert Köçəryan və Nikol Paşinyan. Onlar arasında çoxdan başlanmış qarşılıqlı ittihamlar hələ də davam edir. Seçkidən sonra da bu ittihamların yenidən vüsət alacağı gözlənilir. *** Qətərin məşhur “aljazeera.com” televiziya saytı xəbər verir ki, Baş nazir Nikol Paşinyan seçkidən sonra jurnalistlərin sualına cavab verməyib. Ancaq o, Facebook səhifəsində bunları yazıb: “Dövlətimizin və xalqımızın gələcəyinə, Ermənistanın inkişafına səs verirəm”. “Aljazeera” bildirir ki, seçkinin nəticəsi ilə bağlı konkret nəsə demək çətindir. Bilinən odur ki, əsas rəqabət Nikol Paşinyan və eks-prezident Robert Köçəryanın tərfdarları arasında gedir. Media orqanı bildirir ki, Ermənistanda birləşdirici fiqur kimi görünən prezidenti Armen Sarkisyian bəyan edib ki, “nifrət və düşmənçiliyi qızışdıran” cəhdlər rədd edilməlidir. O, hüquq mühafizə orqanlarını istənilən qanun pozuntusunun qarşısını almağa çağırıb. *** “Yeni Müsavat” olaraq Ermənistanda keçirilən erkən parlament seçkilərini yaxından izləyirik. Seçki zamanı baş verən diqqətəlayiq bütün olayları oxucularımıza çatdırmağa çalışacağıq. Davam edən seçkini bundan sonra da yaxından təqib etməyə çalışacağıq. Ermənistan cəmiyyəti parça-parça Səsvermədən sonra eks-prezident Serj Sərkisyan deyib: “Bizim əsas vəzifəmiz parçalanmış cəmiyyəti bir araya gətirməkdən ibarətdir”. Məncə, Ermənistan cəmiyyətini bir araya gətirmək mümkün olan iş deyil. Çünki erməni xalqı fərqli ideoloji cəbhələrdə yer alıb. Və hər bir tərəf ancaq özünü haqlı sayır. Qarşı tərəfi isə heç eşitmək belə istəmir... Ter-Petrosiyan-Azərbaycanla rahat anlaşacaq tək erməni lider Ter-Petrosyan Ermənistanda Azərbaycanla rahat anlaşa biləcək tək siyasi liderdi. Ancaq ən optimist proqnozlara görə belə onun partiyasının seçkidə hər hansı uğur qazanacağı gözlənilmir. Niyə bilədir? Dəqiq bilmirəm. Elə bil ki, ermənilər sol qulaqlarını qaşımaq üçün sağ əllərini boyunlarının arxasına keçiriblər. Talışlar demişkən, bu yolu "kırt" (qısa) etmək də olardı... “Ləyaqətli Sülh” nə deməkdir? Səsvermədən sonra 66 yaşlı eks-prezident Robert Köçəryan deyib: "Mən ləyaqətli sülhə və iqtisadiyyatın bərpasına səs verdim". "Ləyaqətli sülh" deyəndə Robert Köçəryan nəyi nəzərdə tutur? Şəxsən mən "Hadrutu və Şuşanı geri qaytaracam" deyən adamdan sülh gözləmirəm... Ermənistan boşalır Levon Ter-Petrosyan deyir ki, müharibədən sonra Ermənistanı 70 min adam tərk edib. Ölkə boşalır. Seçkidən sonra qarşıdurma olacağı gözlənilir. Bu isə o deməkdir ki, Ermənistan tamamilə boşalacaq.. Rubrika.az Geri qayıt |