Əsas Səhifə > Siyasət > Üç ölkənin XİN başçısı Azərbaycana gəlir
Üç ölkənin XİN başçısı Azərbaycana gəlir22-06-2021, 09:29 |
|
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Rubrika.Az-ın məlumatına görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” hesabında yazıb. O, avstriyalı və litvalı həmkarları - Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib. Rubrika.Az Geri qayıt |