Əsas Səhifə > RubrikaTV Video > Azərbaycan üçün Hindistan ştammı təhlükəsi - Həkimdən AÇIQLAMA

Azərbaycan üçün Hindistan ştammı təhlükəsi - Həkimdən AÇIQLAMA


22-06-2021, 11:43
Azərbaycan üçün Hindistan ştammı təhlükəsi - Həkimdən AÇIQLAMA

"Hindistan ştammı Azərbaycan üçün problemlərə yol aça bilər. Çünki bu ştamm haqqında heç də yaxşı şeylər danışılmır. Məsələn, Rusiyada COVİD-19-dan vəfat edən hər üç nəfərdən birinin Hindistan ştammına yoluxduğu üzə çıxıb".

Rubrika.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib.

Onun sözlərinə görə, bizi qarşıda pis ssenari gözləyə bilər:

"Təsdiqlənməmiş məlumatlara görə, mövcud peyvəndlərin çoxu Hindistan ştammının qarşısını almır. Bu vəziyyət təbii ki, çətinliklər yaradır. Çünki biz müəyyən bir yol qət etmişik.

Yüz minlərlə azərbaycanlı COVİD-19-a yoluxub və sağalıb. Gördüyünüz kimi milyonlarla insana peyvənd vurulub. Bu qədər hazırlıqla yanaşı Hindistan ştammının qalmasını heç kim istəməzdi".



Rubrika.az
Geri qayıt