Əsas Səhifə > Dünya > Ermənistanda keçmiş deputat sui-qəsdə məruz qaldı - Avtomobilinə qubmbara atdılar
Ermənistanda keçmiş deputat sui-qəsdə məruz qaldı - Avtomobilinə qubmbara atdılar22-06-2021, 17:25 |
|
Ermənistanın keçmiş deputatı Miqran Akopyana məxsus avtomobilin altına qumbara atılıb. Partlayış nəticəsində Akopyanın və qonşusunun avtomobili, həmçinin yaxınlıqdakı evin fasadı zədələnib. Ölən və yaralanan yoxdur. Akopyan deyib ki, baş tutmamış sui-qəsd onun ictimai-siyasi fəaliyyəti ilə əlaqəlidir. "Məni qorxutmağa, susdurmağa cəhd edirlər. Amma buna müvəffəq ola bilməyəcəklər”, - deyə keçmiş deputat vurğulayıb. Miqran Akopyan "Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi "Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.(hit.az) Rubrika.Az Geri qayıt |