Əsas Səhifə > İdman > AVRO-2020: Bu gün daha dörd qarşılaşma baş tutacaq - AFİŞA
AVRO-2020: Bu gün daha dörd qarşılaşma baş tutacaq - AFİŞA23-06-2021, 11:27 |
|
Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. Rubrika.Az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq. Əvvəlcə E qrupu çərçivəsində Slovakiya və İspaniya yığmaları üz-üzə gələcəklər. Qrupun digər oyununda İsveç və Polşa yığmaları üz-üzə gələcək. Günün üçüncü matçı F qrupunda Almaniya və Macarıstan yığmaları arasında baş tutacaq. Bu qrupun digər oyununda isə Portuqaliya və Fransa milli komandaları qarşılaşacaq. AÇ-2020 23 iyun E qrupu 20:00. Slovakiya - İspaniya Sevilya. “Estadio de La Cartuja”. 20:00. İsveç - Polşa Sankt-Peterburq. “Qazprom Arena”. F qrupu 23:00. Almaniya - Macarıstan Münhen. “Allianz Arena”. 23:00. Portuqaliya - Fransa Budapeşt. “Puskas Arena”. Rubrika.az Geri qayıt |