Əsas Səhifə > Cəmiyyət > TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!23-06-2021, 18:11 |
![]() Bu gün ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyev dövlət idarəetməsində gənc kadrlara daha çox etimad göstərməklə bu siyasəti uğurla davam etdirməkdədir. Hörmətli Ramin müəllim! Cənab Prezident COVID-19 pandemiyası həm dünyada, həm də ölkəmizdə dövlət qurumlarının normal fəaliyyətinə əngəl törətdiyi çətin bir dönəmdə sizə etimad göstərərək məsuliyyətli vəzifəyə təyin etdi. İnsanlığın sınağa çəkildiyi bu çətin məqamlarda siz gərgin fəaliyyətinizlə qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirdiniz. Pandemiyadan ölkəmizin ən az itkilərlə çıxmasında, vətəndaşların sağlamlığının qorunmasında şəxsən sizin və rəhbərlik etdiyiniz TƏBİB-in rolu danılmazdır. Bu mənada siz dövlətə və xalqa xidmətin ən mükəmməl modelini nümayiş etdirdiniz. Sizi Rubrika.az saytının kollektivi və şəxsən öz adımdan dövlət qulluqçularının peşə bayramı günü münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |