Əsas Səhifə > Cəmiyyət > TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!23-06-2021, 18:14 |
|
Hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Cənab Prezident bu islahatların məntiqi davamı kimi gənc kadrlara daha çox etimad göstərməklə dövlət idarəetməsinin çevik və səmərəli modelini formalaşdırıb. Hörmətli Zaur müəllim! Cənab Prezidentin formalaşdırdığı yeni komandanın tərkibində yer almanız və tibb sahəsində aparılan ən inqilabi islahatlara rəhbərılik etməniz sizə göstərilən yüksək etimadın təzahürüdür. Əminliklə söyləmək olar ki, gərgin fəaliyyətiniz nəticəsində aparılan islahatlarda ciddi nəticələr əldə edilib. Artıq icbari tibbi sığortanın tətbiqindən sonra xalqımız tibbi xidmətlərdən daha rahat və keyfiyyətli şəkildə istifadə edir. Bu mənada siz bu böyük dəyişikliklərin həyata keçirilməsində öz imzanızı ataraq adınızı tarixə yazmısınız. Sizi Rubrika.az saytının kollektivi və şəxsən öz adımdan dövlət qulluqçularının peşə bayramı günü münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |