Əsas Səhifə > RubrikaTV Video > Azərbaycanda yeni sayt yaradılıb - VİDEO

Azərbaycanda yeni sayt yaradılıb - VİDEO


24-06-2021, 23:06
Azərbaycanda yeni sayt yaradılıb - VİDEO

"Aydın-as.az” saytında ictimai-siyasi, sosial və analitik təhlillər olacaq

Azərbaycanda yeni sayt yaradılıb. "Aydin-as.az” adlı saytın baş redaktoru tanınmış jurnalist Aydın Canıyevdir.

Mətbuat qütbləşib, mətbuat düz xətt kimi getməli və kompas kimi olmalıdır, bu sahə formatlaşdırılmalıdır deyən tanınmış jurnalist Aydın Canıyev bildirdi ki, sayt ictimai-siyasi və sosial mövzuları əhatə etməklə yanaşı, həmçinin, dünyada və regionda baş verən hadisələrə analitik prizmadan yanaşacaq.saytda peşəkarların yazılarına geniş yer veriləcək.

Ayın 28-dən etibarən izləyicilər bu saytdan hər gün mütəmadi məlumatlar ala biləcəklər. Oxucuların gözlərinə aydınlıq gətirməyi özünə məqsəd qoyan saytda oxucular jurnalistkanın bütün sahələrinə dair yazıları oxuya biləcək, burada medianın bütün prinsiplərinə əməl olunacaq.

Sayt jurnalistikda tərəfsiz, qərəzsiz və vicadanlı olmaq devizini yaşatmağı, özünəməxsus şəkildə davam etdirməyi hədəfləyib.



Rubrika.Az
Geri qayıt