Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb - FOTO
Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb - FOTO25-06-2021, 16:47 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 815 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 728, bu günə qədər isə ümumilikdə 3 713 779 test icra olunub. Rubrika.Az Geri qayıt |