Əsas Səhifə > İdman > AVRO-2020: 1/8 finalın daha iki qarşılaşması keçiriləcək - AFİŞA
AVRO-2020: 1/8 finalın daha iki qarşılaşması keçiriləcək - AFİŞA28-06-2021, 10:41 |
|
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq. Günün ilk matçı İspaniya və Xorvatiya yığmaları arasında olacaq. Günün ikinci oyununda son dünya çempionu Fransa İsveçrə millisini sınağa çəkəcək. 28 iyun Avropa çempionatı 1/8 final mərhələsi 20:00. İspaniya - Xorvatiya Baş hakim: Cüneyt Çakır (Türkiyə) Kopenhagen. “Parken” 23:00. Fransa – İsveçrə Baş hakim: Fernando Rappalini (Argentina) Buxarest. Milli stadion Qeyd edək ki, artıq 1/4 final oyunlarının iki cütü məlumdur. Münhendə iyulun 2-də keçiriləcək görüşdə İtaliya və Belçika yığmaları qarşılaşacaq. Bakıdakı iyulun 3-də keçiriləcək görüşdə isə Danimarka və Uels milliləri yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. AVRO-2020 iyulun 11-də başa çatacaq. Rubrika.Az Geri qayıt |