Əsas Səhifə > Aktual > Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb29-06-2021, 22:53 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 238, ötən müddət ərzində isə ümumilikdə 3 740 432 test aparılıb. Rubrika.Az Geri qayıt |