Əsas Səhifə > Dünya > Erməni nazirdən etiraf: “Dövlət borcu idarə olunan həddi keçdi”
Erməni nazirdən etiraf: “Dövlət borcu idarə olunan həddi keçdi”1-07-2021, 11:30 |
|
“Dövlət borcunun nominal və nisbi həcmi idarə olunacaq həddi keçib”. Bu barədə Ermənistan parlamentində çıxışı zamanı Maliyyə naziri Atom Cancuqazyan deyib. O bildirib ki, Ermənistanın borcu 7,969 milyard ABŞ dollarına çatıb. Onun sözlərinə görə, 5,593 milyard dollar hökumətin xarici borcudur. Bu borcun qeyri-rezidentlərdən olması və əsasən valyuta ilə əks olunması risk yaradır. Nazir qeyd edib ki, borcun 76 faizi xarici valyuta, 24 faizi isə dramla əksini tapır. Rubrika.az Geri qayıt |